Afrikanın 2016-cı il üzrə ən yaxşı futbolçusu müəyyənləşib 06 Yanvar 2017 02:00 İdman Mükafata Lesterin futbolçusu sahib çıxıb Afrikanın 2016-cı il üzrə ən yaxşı futbolçusu müəyyənləşib. Bu, İngiltərənin "Lester" klubunda çıxış edən əlcəzairli Riyad Mahrezdir. Afrika ölkələri yığmalarının baş məşqçiləri və federasiya rəsmiləri tərəfindən keçirilən səsvermədə Mahrez 361 səs toplayıb. Onun ən yaxın izləyicisi qabonlu Pyer-Emerik Obameyanqa isə 313 səs verilib. Mükafatlandırma mərasimi Nigeriyanın paytaxtı Abucada keçirilib. Bu mükafatı ən çox - 4 dəfə kamerunlu Samuel Eto və Kot d`İvuardan olan Yaya Ture qazanıb. Qeyd edək ki, Riyad Mahrez İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən də ötən mövsümün ən yaxşı futbolçusu seçilib. (report) / Teqlər : #Afrikanın 2016cı il üzrə ən yaxşı futbolçusu müəyyənləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Çelsi`nin 13 oyunluq seriyasına son qoyuldu - VİDEO Həftənin ən gözəl qolları - VİDEO