Afrika qitəsi gənc işsizlər səbəbindən hər il 79 milyard dollar itirir

Afrika qitəsi gənc işsizlər səbəbindən hər il 79 milyard dollar itirir

 
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Afrika iqtisadiyyatı gənclərin işsizlik səviyyəsinə görə hər il 79 milyard dollar iqtisadi zərər çəkir.
 
Maide.Az "AA"a istinadla xəbər verir ki,  BMT Afrika İqtisadi Komissiyasının (UNECA) məlumatına görə, qitədəki əhalinin təxminən 34 faizi 15-34 yaş arasındadır. 
 
Qitədəki gənclərin əksəriyyəti heç bir işdə çalışmır və bu qitəyə hər il 79 milyard dollara başa gəlir. 
 
Yeni növ koronavirus (Covid-19) da bir çox Afrika ölkəsində işsizlik nisbətlərini artırıb. 
 
UNECA-nın məlumatına görə, Afrikanın gənclər üçün yeni iş yerlərinin açılması üçün 100 milyard dollar dəstək tələb olunur.
 
Dünyada ən çox gənc əhalisi olan Afrika, işsizlik nisbətinin ən yüksək olduğu qitədir.

Google+ WhatsApp ok.ru