Afrika təkcə keçən il 105 fərqli epidemiya ilə mübarizə aparıb

Afrika təkcə keçən il 105 fərqli epidemiya ilə mübarizə aparıb

Afrika Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Afrika CDC) Səhiyyə Siyasəti və Diplomatiyası direktoru Benjamin Djoudalbaye Kovid-19 ilə əlaqəli hadisələrin müzakirə olunduğu həftəlik onlayn mətbuat konfransında Afrika ölkələrinin təcrübə və sürətli bir araşdırma mexanizminə sahib olduğunu bildirib.

 
Maide.Az xəbər verir ki, Qitənin digər bölgələrə nisbətən daha az yoluxmaya səbəb olmasının görülən tədbirlər və təcrübə ilə əlaqəli olduğunu bildirən Djoudalbaye, ötən il qitədə Ebola da daxil 105 müxtəlif epidemiya baş verdiyini söyləyib.
 
Djoudalbaye, şəhər karantinləri və komendant saatlarının nəticəsinin göründüyünü, ancaq virusun yaxın həftələrdə necə yayılacağına dair heç bir proqnoz olmadığını deyib.
 
Son bir həftə ərzində qitədəki yoluxmaların sayının 37 faiz artaraq 36.800-ə çatdığını vurğulayan Djoudalbaye iddia edilən halların və ölümlərin gizlədilmədiyini və bunun mümkün də olmadığını söyləyib.
 
Djoudalbaye bir aya bir milyon yeni testin aparılmasının hədəfləndiyini xatırladıb.
 
"Kovid-19"dan bu günə qədər qitədə 1589 nəfər ölüb.

Google+ WhatsApp ok.ru