Şagirdlərimiz nə dərəcədə əmniyyətdədirlər? - 40 qəpiyə mühafizə

Şagirdlərimiz nə dərəcədə əmniyyətdədirlər? - 40 qəpiyə mühafizə

 
Yeni dərs mövsümünün başlaması tədrislə yanaşı, şagirdlərin təhlükəsizlik məsələsini də aktuallaşdırıb.
 
Sosial, siyasi, dini müstəvidə gərginliyin artması fonunda ali məktəblərin mühafizəsi bəzi ekspertlər tərəfindən davamlı olaraq gündəmə gətirilməkdədir.
 
Nəzərə alaq ki, Azərbaycanda bu məqamı zəruri edən hadisələr də yaşanmamış deyil.   
 
Neft Akademiyasinda bas verən faciə, Buzovna qəsəbəsində məktəbdə qaz sızması ilə nəticələnən hadisə, Xətai rayonunda məktəbin zirzəmisində tapılan döyüs sursatları və başqa hadisələr məktəblərin mühafizəsinə ehtiyac yaradır.
 
Hazırkı vəziyyətdə məktəblərin mühafizəsi yaşlı qadın və ya kişilərin qapıda növbə çəkməsi ilə məhdudlaşır.
 
Təhkükəsiz məsələləri üzrə ekspert Elmar Nurəliyev hesab edir ki, bunlar yetərli deyil. Onun sözlərinə görə, həmin şəxslər məktəblərdə həm qapıya baxır, həm də məktəbdaxili digər işlərlə məşğul olurlar. Lakin mühafizə xidmətinin işi sistem olaraq qurulmalı və mühafizəni təşkil edən mühafizəçi təlimatlandırılmalıdır.
 
 
Ekspert hesab edir ki, məktəblərdə mühafizəçinin işi dərs başlamazdan əvvəl məktəbin inzibati binasını gəzərək nəzarətdən keçirməli, binanın qarşısında kənar maşınların saxlamamasını təmin etməli, məktəbin dəhlizlərini, sanitar qovşaqları, qazanxana, məktəbin həyətini, meydançanı, binanın arxa hissəsini və.s digər köməkçi otaqları yoxlamalı, aşkar olunmuş nöqsanları (məsələn, məktəbin qabağında hər hansı şübhəli əşya, yaxud dəhlizdə hər hansı açıq naqil və yaxud qopmaqda olan divar üzlüyü, taxta ola bilər və ya qazanxanada temperaturun normadan yuxarı - aşağı olması) aşkar edərsə, yerində dərhal aidiyyəti üzrə məruzə etməli və veriləcək qərar üzrə şagirdlərin məktəb binasına girişini, yaxud buraxılmamasını təmin etməlidir:
 
"Bundan sonra giriş qapıda olmaqla şagirdlərin məktəbə girişini təmin etməlidir. Kənar şəxslərin içəri buraxılmamasını təmin etməli, əgər lazım olarsa, buraxılış vərəqəsi ilə buraxılış kartı verməklə qeydiyyata alıb, əlində çantası olarsa, yoxlamaqla buraxmalıdır".
 
 
E.Nurəliyevin qənaətincə, hətta valideynləri belə istənilən vaxtı məktəbə buraxmaq olmaz: "İclas olarsa, həmin sinfin rəhbəri qapıya gələcək valideynlərin siyahısını verməli və mühafizəçi o siyahıya əsasən buraxılışı təmin etməlidir. Bir cox halda rast gəlirik ki, iclasa gəlmişəm deyib rahat məktəb binasina daxil olurlar. Mühafizəçi heç bir halda kənar şəxlərə dərs vaxtları, başlaması-bitməsi saatları barədə məlumatları verməməlidir. Ərazi üzrə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq etməlidir".
 
Nurəliyev məktəblərdə mühafizə sisteminin tətbiqi üçün gərəkən maliyyə vəsaitinin necə cəlb olunmasının yollarını da göstərdi:
 
 
"Məktəbin mühafizəsində məktəb rəhbərliyi, müəllimlər maraqli olan qədər valideynlər də maraqlı olmalıdırlar. Qısa bir araşdırmanı nəzərinizə çatdırıram: hər məktəbdə, siniflərdə valideyn komissiyaları var. Bakı şəhəri üzrə keçən il üzrə 317 məktəb vardı ki, bu məktəblərdə də 363 mindən yuxarı sagird oxuyur. Hər şagird üçün illik 5 manatdan verilsə bu, 1.800 000 manat edir ki, bu məbləğ məktəblər arasında bölünsə, hər məktəbə illik 5600 manat, onu da 12 aya böləndə 470 manat edir. Ən azı məktəblərdə gündüz növbəsinə mühafizə xidməti təmin etmək olar. Gecə də məktəbin qarovulçusu nəzarət edər. Bu, sadəcə, aya təxminən 0.40 qəpiyə məktəbin mühafizəsini təmin etmək deməkdir. Bununla valideynlər də arxayın ola bilərlər ki, uşaqların məktəbdə təhlükəsizliyi qorunur". (Milli.az) /

Google+ WhatsApp ok.ru