Şagirdlərin tətil günlərinin sayı açıqlandı

Şagirdlərin tətil günlərinin sayı açıqlandı

Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb.
 
Nazirlikdən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.
 
Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. 2016-2017-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixdə olacaq.
 

Google+ WhatsApp ok.ru