Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - Qaydalar təsdiqləndi 19 Yanvar 2021 23:35 Ölkə Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyası “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” nı təsdiq edib. Trend-in məlumatına görə, Qaydalarda diqqət yetiriləsi məqamlar aşağıdakılardır: 1. II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır. 2. Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur və sinif jurnalında müvafiq qaydada yazılır. 3. Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 (bir) ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblər gözlənilməklə şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur. Qeyd olunan müddətdə təhsilalan qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə qiymətləndirmə üzrə balı “0” qəbul olunur. 4. Distant formada summativ qiymətləndirmənin təşkili zamanı Microsoft Teams ilə yanaşı, Zoom, Whatsapp, Skype və s. digər elektron tətbiqlərdən istifadə oluna bilər. 5. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən şagirdin əyani formada qiymətləndirmədə iştirakı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınaraq təmin olunmalıdır. 6. “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası" xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində qüvvədədir. 7. “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” qüvvədə olduğu müddətdə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” bu Qaydaya zidd olmayan hissədə tətbiq edilir. Teqlər : #Şagirdlərin,#yarım,#illik,#nəticələri,#belə,#qiymətləndiriləcək,#Qaydalar,#təsdiqləndi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Azərsu' abunəçilərə müraciət edib 20 Yanvar faciəsindən 31 il ötür Ölkə Magistraturada açılması nəzərdə tutulan yeni ixtisasların adları açıqlanıb -SİYAHI Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq Bir sıra istiqamətlərdə ictimai nəqliyyatın hərəkəti dəyişdiriləcək Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək Martın 5-də gözlənilən hava şəraiti açıqlanıb Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq etdi Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçiriləcək Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ İrana səfər qaydaları AÇIQLANDI Martın 4-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq Respublika fənn olimpiadalarının yarımfinalı keçiriləcək AZAL pandemiyaya görə ləğv edilən reyslərin biletlərini yenidən təxsis edəcək Magistraturaya qəbul imtahanının nəticələri məlum oldu - YENİLƏNİB Güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılıb ‘DYP yol vərəqəsi ilə sürülən avtomobilləri cərimə meydançasına qoymalı olacaq’ III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək Sabahın hava proqnozu açıqlanıb Sabahın hava proqnozu açıqlanıb Martda 14 gün iş olmayacaq Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək Alİ təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı başa çatıb Fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb - XƏBƏRDARLIQ Fevralın 28-də magistraturaya qəbul imtahanı keçiriləcək Bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub Sabahdan havanın temperaturu yüksələcək Bu yolda güclü buzlaşma var - Magistrallarda son vəziyyət (SİYAHI) Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları üçün qaydalar sadələşdirilib Son 9 ildə Bakıda belə kəskin hava şəraiti qeydə alınmayıb - Nazirlik Bu istiqamətlər üzrə avtobuslar tam hərəkət edə bilmir - Siyahı Bakıda qarlı havaya görə avtobuslar dayanacaqdan kənar da saxlayacaq Piyadalar yolda qalıb - Foto Qarlı hava nə qədər davam edəcək? - AÇIQLAMA/YENİLƏNİB ‘Azərsu’dan əhaliyə xəbərdarlıq Yayda qadınların pensiya yaşı daha 6 ay artırılacaq Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişləndirildi Yollarda avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs edilə bilər Bu hallarda sizi işdən çıxara bilməzlər- RƏSMİ AÇIQLAMA