Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-6

Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-6

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

Qurani-Kərimin “Nisa” surəsinin 17-ci ayəsində belə buyurulur:

إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً

Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir.

Bu ayədə kamil bir tövbədən söhbət açılır. O insanların tövbəsi qəbuldur ki, birincisi, günahın acı və ağrılı aqibətindən xəbərsizdirlər, nadanlıq üzündən günah edirlər. İkincisi də tez bir zamanda öz işindən peşman olub Allaha sarı qayıdırlar. Allahın rəhməti belə insanlara şamil olur və onların tövbəsini qəbul edir.

Aydındır ki, ayədəki “cəhalət” (bilməməzlik, xəbərsizlik) sözü dedikdə, şüurlu cəhalət və bilməməzlik nəzərdə tutulmur, çünki mütləq cahillik zamanı günah, ümumiyyətlə, olmur. Burada cəhalət dedikdə, məqsəd şərtidir: yəni günaha, onun aqibətinə və nəticələrinə dair tam məlumatı olmasın.

Ayədəki “yaxında tövbə edərlər” ifadəsi ilə bağlı yenə də əlimizdə fərqli ifadələr mövcuddur. Bəzi təfsir alimləri “yaxın” sözünü “ölümdən qabaq” kimi izah edirlər. Halbuki “yaxın” kəlməsi ilə bəzən əlli il və daha da artıq çəkəcəyi o qədər də ağlabatan deyil. Bu nəzəriyyə tərəfdarlarının sitat gətirdikləri hədislər də bu ayə ilə bağlı deyil. Onların müstəqil və tam fərqli bəyanı var. Bir qrup təfsir alimi onu günaha yaxın bir zaman kimi izah etmişlər. Yəni tezliklə öz işlərindən peşman olar və Allaha sarı qayıdarlar, çünki tam bir tövbə odur ki, günahın təsir və qalıqlarını onun canında və ruhundan tamamilə silib aparsın və qəlbində günahın azacıq izi də qalmasın. Bu, o halda mümkündür ki, yaxın bir zaman müddətində (günah insanın vücudunun dərinliklərinə kök salmamış və ikinci təbiətə çevrilməmiş) ondan peşman olsun. Əks halda, adətən, günahın təsirləri insanın qəlbində, canında qalacaqdır.

Deməli, kamil bir tövbə o tövbədir ki, tezliklə baş versin. “Qərib” (yaxın) sözünün də lüğəvi baxımdan və ürfi anlayış baxımından bu mənaya daha çox uyğunluğu var. (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.185-186.)

Maide.az

Google+ WhatsApp ok.ru