Şagird sıxlığı olan təhsil müəssisələrinin siyahısı hazırlanıb

“Son illərdə əhalinin miqrasiyası, eləcə də təbii artımı ilə əlaqədar məskunlaşma nəticəsində Binəqədi rayonunun Biləcəri, Xocahəsən, Sulutəpə, 28 may, Binəqədi qəsəbə və kənd, Xəzər rayonu Binə qəsəbəsi, Sabunçu rayonu Maştağa, Zabrat, Ramanı qəsəbələrində fəaliyyət göstərən məktəblər binaların layihə gücündən dəfələrlə artıq şagird qəbul etmək məcburiyyətində qalıb".
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, şagird sıxlığı ilə əlaqədar yaranan gərginliyi müəyyən qədər azaltmaq məqsədilə müəssisələrdə növbələrarası dərs məşğələləri tətbiq olunur. Bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar BŞTİ tərəfindən monitorinqlər aparılıb, şagird sıxlığı ilə bağlı gərginlik müşahidə olunan təhsil müəssisələrinin siyahısı hazırlanıb: “Məktəblərdə sıxlığın aradan qaldırılması üçün müəyyən işlər həyata keçirilir”.
 
Qeyd olunub ki, şagird sıxlığı ilə bağlı yaranan problemi həll etmək üçün nəzərdə tutulmuş əlavə tədris korpusu və yeni məktəb binalarının tikintisinin həyata keçirilməsi zəruri olan müəssisələr barədə müvafiq tədbirlərin görülməsi üçün təkliflər Təhsil Nazirliyinə təqdim olunub./
 

Google+ WhatsApp ok.ru