Aida Qəmbər: “Yəməndə müharibə heç bir tərəfə sərf etmir”

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi әrəb koalisiya qüvvələrinin Yəməndə başlatdığı hərbi təcavüzkarlığın birinci ili münasibətilə BMT-nin Humanitar Yardım koordinatoru Jami MakQoldrik açıqlama verib. Son bir ildə ölkədə baş verən hadisələri qorxunc hal kimi xarakterizə edən MakQoldrik, ölkədə 20 milyondan çox yardıma möhtac insanın olduğunu açıqlayıb: "Yəməndə son bir ildə təxminən 2 milyon 500 min insan evsiz qalıb, 9 mindәn çox mülki vətəndaş həlak olub, 30 mindən çoxu isə yaralanıb".
 
Yaxın Şərq üzrə ekspert Aida Qəmbər Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu proseslərin müharibə ilə həll edilməsinin şansı son dərəcə aşağıdır: “Bu gün ərəb dünyası dərin böhranlı günlərini yaşayır. O cümlədən Ərəbistan yarmadasının cənubunda Səudiyyə Ərəbistanı-Yəmən arasında ciddi hərbi münaqişə gedir. Bu proseslərin müharibə ilə həll edilməsinin şansı son dərəcə aşağıdır. Ötən bir il ərzində Səudiyyə Ərəbistanının davamlı hücumlarına baxmayaraq ciddi qələbəyə nail ola bilmədi. Artıq bu günlərdə Yəmən tərəfindən müəyyən bəyanatlar səslənir ki, onlar Səudiyyə ilə masa ətrafında müəyyən danışıqlara gedə bilərlər. Təbii ki, müəyyən şərtlər daxilində bu danışıqlar reallaşa bilər. Bu onu göstərir ki, hər iki tərəf anlamağa başlayıb ki, bəlkə bu münaqişəni müəyyən dərəcədə diplomatik-siyasi yollarla həll etmək olar. Belə olan şəaritdə düşünürəm ki, tərəflər öz şərtlərini deyəcəklər və bu şərtlər daxilində müəyyən güzәştlәrә gedilә bilsin. Amma müharibənin davam etdirilməsi indiki şəraitdə heç kəsə sərf etmir. Burada ilk növbədə dinc əhali əziyyət çəkir. Ötən bir il ərzində dağıntılar, tələf olanlar, evsiz-eşiksiz qalan əhali artıq real göstəricidir”.deyerler.org/
 

Google+ WhatsApp ok.ru