Ailə üzvlərinə görüş verilmədi,hicab məhbusu “krıtı”ya aparılır

Bu gün 14 saylı Cəzaçəkmə Müəssisəsindən "tubzon"a işgəncə üçün aparılan İslamçı məhbuslar - baş redaktor Araz Quliyev, hicab məhbusu Anar Qasımlı və digər məhbus İsa Yaqubovun ailə üzvləri övladları ilə görüşmək üçün adı çəkilən həbsxanaya yollanıb.
 
Ailə üzvləri bildiriblər ki,"biz bu gün övladlarımızı görməyə getmişdik.Apardığımız sovqat və görüşlə bağlı ərizələri yazdırıb görüş üçün öz növbəmizi gözləyirdik.Lakin həbsxananın qapısından iki mayor rütbəli "nadzor" çıxıb bizə bildirdi ki, siz övladlarınızla görüşə bilməyəcəksiz.Onlar 2 aylıq cərimə kamerasına salınıb.Bunun üçün də qanuna əsasən siz onları yalnız fevral ayının 5-10 arasında gəlib görə bilərsiniz."
 
Ailə üzvləri nə qədər görüş tələb etsələr də, "nadzor"lar bildiriblər ki, "bizim səlahiyyətimizdə deyil.Rəis bizə dedi ki, gedin deyin, biz də gəlib dedik."
Məhbusların yaxınları cərimə kamerasına salınma səbəbini soruşduqda "nadzor"lar heç bir cavab vermədən qeyd ediblər ki, "bu gün yalnız telefonla danışmağa icazə veriləcək. Sovqat isə ayın sonunda gətirə bilərsiniz."
 
İslamçı məhbusların valideynləri,"Biz yəqin etdik ki, övladlarımıza yenidən işgəncə veriblər. Bu səbəbdən də bizimlə görüşə icazə vermirlər ki, onlarda olan xəsarətlər yoxa çıxsın. Bizə rəis Nizami Quliyev özü deyib ki, hər gün sovqat gətirin, görüş isə həftədə bir dəfə olacaq. Biz yenidən bu barədə yuxarı qurumlara şikayət edəcəyik. Bu qanunsuzluqdur, məhbusu döyüb öldürürlər, sonra da digər məhbuslara işgəncə verirlər.Prezidentin bu azğın məmurlarından xəbəri yoxdur", - deyə bildiriblər.
 
Redaksiyamıza daxil olan digər xəbərə görə, 14 saylı CÇM-də məhkum Elşad Babayevin qətlə yetirilməsindən sonra, 5 il 6 ay azadlıqdan məhrum edilmiş hicab məhbusu İlham Hətəmov və daha beş məhbusun həbsxana daxilində məhkəməsi keçirilib.
 
Məlumata görə, İlham Hətəmov və digər beş məhbusun Qobustan həbsxanasına köçürülməsi barədə qərar qəbul edilib. Həmən məhbuslar cəzalarının qalan hissəsini Qobustan həbsxanasında (qapalı tipli həbsxana) keçirəcəklər.(Cenubnews.com

Google+ WhatsApp ok.ru