Ailəsi ilə dalaşıb evi yandırdı - Bakıda

Paytaxt sakini əsəbiləşərək öz evini yandırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda baş verib.

“Yeni Yasamal 1”-də yaşayan 1988-ci il təvəllüdlü Qalib Rüstəmzadə ailə münaqişəsi zəminində evini yandırıb. Ümumi sahəsi 83 kv.metr olan evin bir hissəsi əşyalarla birlikdə yanıb. Xəsarət alan olmayıb.

Google+ WhatsApp ok.ru