AIP-in Analitik Informasiya Mərkəzi yaradılıb

Ötən gün  Azərbaycan İslam Partiyasının mərkəzi qərərgahında keçirilən toplantıda partiyanın  Analitik İnformasiya Mərkəzinin (AİM) yaradılması qərara alınıb. Yığıncaqda mərkəzin üzvləri, qarşıda duran vəzifələr , görüləcək işlər müəyyənləşdirilib.
Mərkəzin ilk iclasında  partiyanın idarə heyəti və rayon komitələrinin sədrləri iştirak edib. Çıxış edənlər Azərbaycan-Ermənistan -Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durum, cəbhədə atəşkəs rejiminin  tez-tez pozulması nəticəsində verdiyimiz itkilər, münaqişənin həlli ilə bağlı AİP-in prinsipial mövqeyi , Dini Qurumlarla İş üzrə  Dövlət Kömitəsinin dini icmalarla əlaqədar çıxardığı  son qərarlar barədə danışıb, təklif və rəylərini bildiriblər.
 AİM-in toplantılarının  hər həftənin şənbə günü keçirilməsini qərərlaşdıran partiya funksionerləri, eyni zamanda,  mərkəzin daha effektiv fəaliyyətni təmin etmək üçün atılacaq mümkün addımları da müzakirə ediblər.islaminsesi /

 

Google+ WhatsApp ok.ru