Airbus şirkəti tavanı şüşədən olan təyyarə istehsal edəcək

Airbus şirkəti tavanı şüşədən olan təyyarə istehsal edəcək

"Airbus" şirkəti İtalyadan olan avtomobilqayırma şirkəti ilə əməkdaşlıq çərçivəsində şüşə tavanı olan yeni təyyarə kabinası layihələşdirib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ACJ3120 tipli təyyarə geniş lüks şəraiti olan təyyarədir. Təyyarədə yataq otağı, yemək və konfrans salonu var.
 
İndi "Airbus" şirkəti bu model təyyarənin yeni "İnfinito" layihəsini təqdim etmək istəyir. Bu layihə də İtalyanın "Pagani" avtomobil istehsalı şirkəti ilə əməkdaşlıq edir.
 
“İnfinito” layihəsi çərçivəsində hazırlanacaq təyyarənin tavanı şüşədən olacaq və sərnişinlər uçuş zamanı səmanı müşahidə edə biləcək. /
 

Google+ WhatsApp ok.ru