Akif Çovdarov son söz üçün məhkəmədən vaxt istəyib 27 Sentyabr 2017 01:00 Hüquq Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. Vəkil Şahin Rəfiyevin APA-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Orxan Osmanov və Akif Əliyev son söz deyiblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. A. Çovdarov son söz üçün məhkəmədən vaxt istəyib. Proses oktyabrın 4-də davam etdiriləcək. / Teqlər : #Akif Çovdarov son söz üçün məhkəmədən vaxt istəyib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Naxçıvanda İmam Hüseyn(ə) əzadarlıqlarına gedən şəxslər həbs olunur - 10 nəfər saxlanılıb Sabah Mehman Hüseynovun məhkəməsi keçiriləcək