Akif Çovdarovun vəkili işlə tanış olmaq üçün vaxt istəyib

Akif Çovdarovun vəkili işlə tanış olmaq üçün vaxt istəyib

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
 
APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir. 
 
Verilən məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə A. Çovdarovun vəkili K. Nəsibov cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib. Vəkil K. Nəsibov jurnalistlərə bildirib ki, məhkəmədə cinayət işinin 60 cilddən ibarət olduğu müəyyənləşib. O, cinayət işinin 41 cildi ilə tanış olduğunu, 19 cildlə isə tanış olmadığını deyib. Vəsatətə münasibət bildirən A. Çovdarov isə bildirib ki, səhhəti gündə iki saatdan çox iş materialları ilə tanış olmağa imkan vermir. O, vəsatətin təmin olunmasını istəyib. Məhkəmə vəsatətə münasibət bildirmək üçün müşavirəyə gedib.
 
K. Nəsibov jurnalistlərə onu da deyib ki, A. Çovdarov aclığı davam etdirir.
 
Proses günün ikinci yarısında davam edəcək. /

Google+ WhatsApp ok.ru