Akif İsmayıov isə deyib ki, onların cəbhə xəttini keçməsinə səbəb Qəbələ Rayon Məhkəməsinin ədalətsiz hökmüdür

“Oğlum Sərxan İsmayıllı kiçik miqyaslı davanın şahidi olub. Lakin istintaq onu təqsirləndirilən şəxs qismində işə cəlb edib. Hara yazdıq nəticəsi olmadı. Qəbələ Rayon Məhkəməsi onu 1 il azadlıqdan məhrum etdi. Digər şəxsə isə 1 il 6 ay “iş” verdilər. Halbuki,  həmin şəxsə maksimum 15 sutka düşürdü. Çünki elə də böyük dava olmayıb. İki gənc bir-birlərilə süpürləşiblər”.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, fevralın 27-də Qəbələnin aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəlib və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildirir."Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
E.Zahidov deyib ki, polis bölməsində 25 sakinin izahatı alınıb: "Ağdam rayon polis şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal  Qəbələ rayonuna yola salınıb. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".
 
Bu gün Kötüklü kəndinin bir sakini Turan-ın müxbirinə bildirib ki, sakinlər Ağdamdan Qəbələyə gətirilib və azad buraxılıb. Onun sözlərinə görə, hazırda hüquq- mühafizə orqanları sakinlərin erməni tərəfinə keçməsinə səbəb olan faktları və ya onları kimlərinsə təxribat məqsədi ilə qızışdıraraq belə hərəkətə vadar etməsini araşdırır.
 
Öz növbəsində İkram Nəbiyev Turan-a müsahibəsində bildirib ki, ittihamları tam əsassız hesab edir və qəbul etmir.
 
“Bu məsələ çözülüb. Burada mənlik bir iş yoxdur. Hadisənin kökündə cinayət işi durur. Cinayət ediblər, cinayətin üstü açılıb. Məhkəmədə araşdırlıb müvafiq cəzanı alıblar. Bununla razılaşmırlar. Burada mənim hər hansı günahım yoxdur”, - o qeyd edib.
 
İ.Nəbiyev hüquq- mühafizə orqanlarına ifadə verdiyini təsdiq edib.

Google+ WhatsApp ok.ru