Akkumulyator alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

Akkumulyator alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

Havalar soyduqca avtomobil akkumulyatorlarına tələb artır. Bu hal isə bəzi işbazları hərəkətə keçirir.
 
Satıcılar bildirir ki, fırıldaqçılar bəzi hallarda köhnə akkumlytaorun üzərinə yeni etiket yapışdırıb təzə adı ilədə satışa çıxarırlar. Buna aldanmamaq üçün sürücülər bəzi nüanslara diqqət etməlidirlər.
Çeşidləri yüzlərlədi. Hər bir satıcı öz malını tərifləsədə hansının yaxşı , hansının pis olduquna qərar vermək çox çətindir.
 
Amma bununla yanaşı akkumulyator bazarında işbazlarda mövcuddur. Satıcılar bildirir ki, onlar işlənmiş akkumulytaorun etiketi və paketini dəyişib yeni adı ilə satırlar. Amma sürücülər diqqətli olsalar bu fərqi görə bilərlər.
 
Bundan başqa akkumlyatorun üzərində cızıqlar varsa bu da onun işlənmiş olmasının göstəricisi ola bilər.
 
Sürücülər akkumulyatorların uzun ömürlü olmasını istəyirsə, ilk növbədə mühərrikin həcminə görə akkumulyatorun amperajını seçməlidirlər.
 
Akkumulyatorun qiyməti isə amperaj və istehsal edilyi ölkəyə görə dəyişir. Ən bahalı akkumulyatorlar avropa istehsalı olanlardır.
 
Sürücülər akkumuluyator alarkən mütləq zəmanət talonunuda tələb etməli və orada yazılanları diqqətlə oxumalıdır.
 
Akkumulyatorlara zəmanət markasından aslı olaraq 3-24 ay arasında verilir. (xezerxeber)
 

Google+ WhatsApp ok.ru