Aksiyada saxlanılanların sayı 50 nəfərə yaxındır

Onlar məhkəməyə çıxarılacaq

Bu gün İsrail səfirliyi qarşısında Qüds Günü ilə əlaqədar keçirilən aksiyada tutulanlar Yasamal rayon 27 saylı polis bölməsinə aparılıblar. Saxlanılan aksiya iştirakçısının Maide.az-a verdiyi məlumata görə, hazırda həmin şöhəbədə 8 qadın, 40-a yaxın kişi saxlanılır və onlardan izahat alınır. Bundan sonra onların işi məhkəməyə göndəriləcək.
 
Xatırladaq ki, Beynəlxalq Qüds günü ilə əlaqədar bu gün Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirilib. Aksiyanı Azərbaycan İslam Partiyası keçirib. Aksiya təxminən 10-15 dəqiqə çəkib. Səfirliyin qarşısında şüarlar səsləndirildikdən sonra polis müdaxilə edərək, aksiyanı dağıdıb. Bir neçə nəfər saxlanılaraq, Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıblar.

Google+ WhatsApp ok.ru