AİLƏ SƏADƏTİNƏ NECƏ NAİL OLAQ?

AİLƏ SƏADƏTİNƏ NECƏ NAİL OLAQ?

Bu kitab Ayətullah Hüseyn Məzahirinin 19 əxlaq məclisində toplandıqdan sonra böyük ustadın nəzarəti altında çapa hazırlanmışdır.

Kitabda çox mühüm və əsas məsələlərdən biri sayılan “İslamda ailə əxlaqı” mövzusunda qısa və yığcam surətdə toxunulmuş, şərif ayə və hədislərdən yerindəcə istifadə olunaraq ibrətamiz söhbət və hekayələr şirin və aydın bir dillə qələmə alınmışdır.

Eləcə də ailə məsuliyyətlərinin növü, kişi və qadın fərqinin fəlsəfəsi, ər-arvad və övladın qarşılıqlı vəzifəsi, dostluq və mehribanlığın ailədəki müsbət təsiri, övlad tərbiyəsində nəvazişin rolu, ləyaqətli qadın xüsusiyyətlərinin Quran və Məsum İmamların tərəfindən qiymətləndirilməsi, qadını nəsihət etməyin və ailə ixtilaflarının həll olunma qaydaları, problemlərin yaranma səbəbləri, amilləri, müqəddəs İslam şəriəti baxımından ailə qurmağın əhəmiyyəti, valideynin uşaqlara təsiri, ailə mühitində maddi və mənəvi işlərin yüngül tutulması, kişi və qadının bir-birini əfv edib bağışlaması, övlad tərbiyəsi, gələcəkdə övladın şəxsiyyətinə təsir edəcək maddi və mənəvi amillərin səbəbi və s. kimi bir çox faydalı mövzularla qarşılaşacaqsınız.

Google+ WhatsApp