Aldığı xəsarəti ciddiyə almadı, az sonra öldü - BAKIDA

Aldığı xəsarəti ciddiyə almadı, az sonra öldü - BAKIDA

Bakıda küçədə meyit tapılıb.
 
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 18-də paytaxtın Heydər Əliyev prospektində Bakı şəhər sakini Əlövsət Əliyevin üzərində xəsarətlər olan meyiti aşkar edilib.
 
Aparılmış araşdırmalar zamanı Ə.Əliyevin həmin gün saat 07 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində paytaxt sakini Azər Əbiyevin idarə etdiyi KİA markalı avtomobillə vurulması nəticəsində xəsarət alması, avtobusa oturaraq H.Əliyev prospektinə getməsi və orada ölməsi müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru