`Ali-İmran` surəsinin təfsiri

`Ali-İmran` surəsinin təfsiri

«Bəqərə» surəsində qeyd olunduğu kimi, «Əlif, lam, mim» müqəttəə hərflərindən sayılır. Bu hərflər barəsində bəlkə ən məşhur nəzəriyyə bunu hesab etmək olar ki, onlar Allahla Onun Peyğəmbəri arasında sirli bir rəmzdir. Yaxud bu məsələni çatdırır ki, Quran məhz həmin müqəttəə hərflərindən təşkil edilmiş Allah-təala bu hərflərdən təşkil olunan Quranı bir mövzu şəklində nazil etmişdir.

Allah-təala Öz qüdrəti ilə cansız torpaqdan canlı, şüurlu idrak sahibi olan bir insan yaradır. İnsanlar isə torpaqdan sadəcə olaraq kuzə, saxsı, kərpic s. kimi cansız əşyalar düzəldirlər. Məhz bu da ilahi qüdrətin bəşər qüdrəti ilə olan fərqidir.

«Əlif, lam, mim» hərfləri altı surənin − «Bəqərə», «Ali-İmran», «Ənkəbut», «Nun», «Loğman» «Səcdə» surələrinin əvvəllərində gəlmişdir. «Əlif, lam, ra» hərfləri altı surənin: «Yunus», «Hud», «Yusif», «Rəd», «İbrahim» «Hicr» surələrinin əvvəlində gəlmişdir. «Ham, mim» hərfləri altı surənin: «Şura», «Fussilət», «Zuxruf», «Duxan», «Casiyə» «Əhqaf» surələrinin əvvəllərində gəlmişdir. Göründüyü kimi, bu hərflərdən hər biri altı surənin əvvəlində nazil olmuşdur. Lakin yerdə qalan müqəttəə hərfləri isə yalnız bir surədə gözə çarpır.

Google+ WhatsApp