Ali Rəhbər Ayətullah  Xamenei Həsən Ruhanini qəbul etdi

Ali Rəhbər Ayətullah Xamenei Həsən Ruhanini qəbul etdi

İranda keçirilən seçkilərdə səs çoxluğuyla yenidən prezident seçilən Həsən Ruhani Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei tərəfindən qəbul edilib.
 
Maide.Az xəbər verir ki, Həsən Ruhanini mayın 23-ü səhər saatlarında qəbul edən Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei, ona qarşıdakı vəzifə müddətində müvəffəqiyyətlər arzulayıb.
 
Həsən Ruhani prezident seçilməsindən sonra nazirlər kabineti ilə birlikdə, İslam Respublikasının banisi İmam Xomeyninin türbəsini ziyarət edib. Ruhani və nazirlər kabineti ziyarət vaxtı İmam Xomeyninin məqbərəsinə əklil qoyaraq, "Fatihə" oxuyub.
 
Həsən Ruhaninin axşam saatlarında da Həzrət İmam Rzanın (ə) türbəsini ziyarət etmək üçün müqəddəs Məşhəd şəhərinə gedəcəyi açıqlanıb.(deyerler)

Google+ WhatsApp ok.ru