Ali Rəhbər fəhlələri  təqdir etdi

Ali Rəhbər fəhlələri təqdir etdi

-- fəhlələrimiz bu illər ərzində dim-dik durdular

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei "Fəhlə Birliklərinin14 min şəhidi konqresi"nin  nümayəndələrini qəbul edib.
 
Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, görüşdə ayətullah Xameneinin tədbirlə bağlı 2018-ci il fevralın beşində keçirilmiş görüşdə verdiyi bəyanat ötən gün konqresdə oxunub.
 
Bəyanatda bunlar qeyd olunub:
 
"İranın müxtəlif yerlərində hər təbəqədən şəhidlər təqdir edilir.  Bu istiqamətdə fəhlə şəhidlərlə bağlı Konqresin də gördüyü işlər həmdə Allahın lütfünü simvolizə edir. Bu da Uca Allahın şəhidlərin kölgəsini ölkəmizin üzərinə sərib, varlığını davam etdirməsini istədiyini göstərir. Ancaq bəzi şəhidlərin təqdir edilməsi isə daha çox dəyərə sahibdir ki, bu təbəqə fəhlə təbəqəsidir.
 
İslam İnqilabı zəfərindən əvvəlki və sonrakı illərlə yanaşı, Müqəddəs Müdafiə zamanında baş verən proseslərdə fəhlələrin gözüaçıqlılıq və qeyrətlə döyüş meydanında olduğuna  rast gəlirik. Daha öncə vurğuladığım kimi, İnqilab əleyhinə olan qruplar lap əvvəldən İslam idarəetməsinə qarşı ayağa qaldırmaq üçün gözləri hər zaman fəhlələrin üzərindəydi. Ancaq fəhlələrimiz bu illər ərzində dim-dik durdular və böyük bir bəsirətlə düşmənin uzanan əllərini qırdılar.
 
Hərbi müdafiə sahəsində bunun eynisinə şahid olduq. İmam Xomeyninin (rə)  cəbhələrə çağırış etdiyi hər zaman səfərbərlik qüvvələrinin böyük bir qismi fəhlələrdən təşkil olunurdu. Bunların özləri üçün çörək pulu qazanmağı buraxaraq döyüş meydanına getmələrindəki əsas məqsəd ölkələrini müdafiə etmək idi. Buna görə də şəhid fəhlələrin təqdir edilməsi çox yaxşı bir işdir".
 

Google+ WhatsApp ok.ru