Ali Rəhbər Ayətullah Haşimi Rəfsəncaniyə cənazə namazı qıldı - FOTO -VİDEO 10 Yanvar 2017 02:00 İslam lideri Ali Rəhbər Ayətullah Xamenei bu gün səhər Tehran Universitetində islami hərəkat və mübarizə illərinin həmsəngəri, köhnə dostu, islami respublika dövründə uzun illərin yaxın həmkarı olan Ayətullah Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin cənazə mərasimində iştirak edib. Maide.Az xəbər verir ki, İran xalqının nümayəndələrinin, prezident, hökumət və ordu rəhbərlərinin iştirakı ilə, hüzn və kədər dolu bir atmosferdə keçən mərasimdə Ali Rəhbər mərhum Ayətullah Haşimi Rəfsəncaninin nəşinə cənazə namazı qılıb. Qeyd edək ki, Ali Məqamlı Rəhbər sabah yanvar ayının 11-də saat 09:30-dan 12:00-a qədər İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ayətullah Haşimi Rəfsəncaniyə həsr olunan anım mərasimi təşkil edəcək. Ayətullah Xamenei tərəfindən təşkil olunacaq məclisdə ölkə rəsmiləri ilə yanaşı, Tehranda olan diplomatik korpus nümayəndələri və Ə.H.Rəfsəncaninin dəfn mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək ölkə prezidentləridə iştirak edəcək. Ayətullah Haşimi Rəfsəncani yanvarın 8-də 82 yaşında vəfat edib. Mərhum Rəfsəncani İmam Xomeyninin (rəh) məqbərəsində Onun qəbrinin yanında dəfn olunacaq. Hazırda Tehranda Ayətullah Haşimi Rəfsəncaninin izdihamlı dəfn mərasimi keçirilir. Teqlər : #Ali Rəhbər Ayətullah Haşimi Rəfsəncaniyə cənazə namazı qıldı FOTO VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Haşimi Rəfsəncaninin cənazə namazını Ayətullah Xamenei qılacaq -YENİLƏNİB (VİDEO) Ali Rəhbərin iştirakı ilə mərhum Haşimi Rəfsəncaninin anım mərasimi - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB