Ali Rəhbər Ayətullah Musəvi Ərdəbilinin vəfatı ilə əlaqədar başsağlığı verdi 23 Noyabr 2016 02:00 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei tanınmış mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin vəfatı münasibəti ilə başsağlığı verib. Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: “Allahın adı ilə, fəqih və dəyərli alim mərhum Ayətullah Hacı Seyid Əbdülkərim Musəvi vəfat edib və Allaha qovuşub. Bu itgi münasibəti ilə o mərhumun bütün qohum-əqrəbasına, hörmətli övladlarına, şagirdlərinə, müqəllidlərinə və onu sevənlərə başsağlığı verirəm. O mərhum elmi və fiqhi çalışmalardan başqa, çox ağır bir zamanda İslam Respublikasının Məhkəmə Sisteminin sədrliyi kimi çətin vəzifəni daşımış, İmam Xomeyninin (rə) həyatı dövründə önəmli hadisələr və məsələlərin hamısında ölkənin görkəmli qulluqçusu və fəallarından olmuşdur. Bu fəzilətli alimin səmərəli həyatının önəmli səhifəsində mədəni fəaliyyətlər, məktəb və universitetlərin quruculuğu var. Allahdan onun ruhu üçün rəhmət və məğfirət, onun pak əcdadları ilə məhşur olmasını diləyirəm." Teqlər : #Ali Rəhbər Ayətullah Musəvi Ərdəbilinin vəfatı ilə əlaqədar başsağlığı verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər Bəsic Təşkilatının üzvləri və komandirləri ilə görüşüb Ayətullah Xamenei başsağlığı verdi
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB