Ali Rəhbər Ayətullah Xamenei höccətül-islam Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ali Rəhbər Ayətullah Xamenei höccətül-islam Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei höccətül-islam Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin vafatı münasibəti ilə başsağlığı  verib. 
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
“Allahın adı ilə! İnna lillah və inna iləyhi raciun (Biz Allah tərəfindən gəlmişik, Ona tərəf də qayıdacağıq). Təssüf hissi ilə islami hərəkat və mübarizə illərinin həmsəngəri, köhnə dostum, islami respublika dövründə uzun illərin yaxın həmkarı olan cənab höccətül-islam Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin qəflətən ölümü ilə bağlı xəbəri aldım. 59 il həmkar və silahdaşımı itirmək çətin və ağrılıdır. Biz bu onilliklər ərzində necə çətinliklər və maneələrdən keçdik. Çox zamanlar bir-birimizlə müşavirələr apardıq, müştərək yolumuz uğrunda çalışdıq, çətinliklər və təhlükələrə sinə gərdik. O illər ərzində onun iti zəkası və nadir səmimiyyəti onunla həmkar olan bütün şəxslər, xüsusilə, mənim üçün etibarlı təkyəgah idi. Bu uzun müddət ərzində müxtəlif zamanlarda fərqli mövqelər və fikirayrılıqlarının olması belə Kərbəlada, “beynəl-hərəmeyn”də bizim aramızda başlanan dostluq münasibətləri və bağlarını heç bir zaman ayıra bilmədi. Son illər bizim aramızda yaranan fikirayrılığından ciddi şəkildə istifadə etmək istəyən şeytanların vəsvəsəsi də onun mənə olan sevgisini azaltmadı.
O, şah zülmünə qarşı mübarizə aparan ilk nəslin misilsiz nümunəsi, eləcə də təhlükəli və iftixar ediləcək bu yolun acısını görənlərdən idi. Uzun illər həbsdə oldu, “Savak”ın işgəncələrinə dözdü, sonra “Müqəddəs Müdafiə” dövründə qəbul etdiyi ciddi məsuliyyətlər, “İslami Şura Məclisi”nin sədri, “Xobreqan Ekspertlər Məclisi”nin sədri və digər çalışdığı vəzifələr, bu keçmiş mübarizin enişli-yoxuşlu həyatının parlaq səhifələridir.
 
Haşimini itirməklə mən tarixin bu enişli-yoxuşlu dönəmində onun kimi uzunmüddətli və müştərək təcrübəyə sahib olan digər bir şəxsi tanımıram.
 
İndi bu köhnə mübariz müxtəlif fəaliyyət və çalışmalarla dolu bir “əməl dəftəri” ilə Allahın hesab məhzərindədir. Bu isə biz İslam Respublikası məsul şəxslərinin hamsının taleyidir.
Allahdan onun ruhu üçün səmimi qəlbdən rəhmət və məğfirət diləyirəm. Onun həyat yoldaşı, övladları, qardaşları və digər qohumlarına başsağlığı verirəm".
 
 

Google+ WhatsApp ok.ru