Ali Rəhbər Ayətullah Xamenei səs verib - FOTO

Ali Rəhbər Ayətullah Xamenei səs verib - FOTO

İranın bütün şəhərlərində prezident seçkilərində səs vermək üçün seçki məntəqələri açılıb. 
 
Maide.Az xəbər verir ki, bu gün səhər yerli vaxtla saat 08:00-da Ali Rəhbər Ayətullah Xamenei İmam Xomeyni (rə) adına hüseyniyyə gələrək səs verib. 
 
Ayətullah Xamenei səs verdikdən sonra seçki təşkilatçılarına və xalqa bir neçə tövsiyə etdi: “Allaha ölkəmizə demokratiya, seçki neməti verdiyi və xalqın seçkilərdə geniş iştirakı üçün şükür edirəm. Bu böyük nemətdir. Allaha şükürlər olsun ki, xalqımız da bu nemətin qədrini bilir, ona görə aktiv iştirak edir. Mənim tövsiyəm budur ki, bacardıqları qədər səsvermədə aktiv olsunlar və səsverməni tez həyata keçirsinlər. Düşünürəm yaxşı işi gərək tez yerinə yetirəsən və gecikdirmək olmaz. Fikrimcə prezident seçkiləri çox önəmlidir. Ölkənin taleyi icra orqanı rəhbərini seçən xalqın əlindədir, bu işin önəminə diqqət edin”.
 
Ayətullah Xamenei həmçinin şuralar və parlamentə əlavə seçkilərin önəmindən danışıb. “ŞƏhər və kənd şuraları seçkiləri də önəmldiir. Çünki seçilən şəxslər şəhər və kəndlərdə xalqın gündəlik problemlərinin həllində çalışacaq. Ona görə diqqət olunmalıdır və tanıdıqları şəxsə səs versinlər inşallah”. 
 
Qeyd edək ki, İran Milli Seçki Komissiyasının məlumatına əsasən, ölkədə 56 mln. nəfər səsvermə hüququna malikdir. Ümumilikdə 63 min seçki məntəqəsi açılıb.  
 
İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır: hazırkı prezident Həsən Ruhani, Ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim. İranın seçki qanunvericiliyinə əsasən, namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməyəcəyi təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.   
 
Qeyd edək ki, İranda  prezident seçkiləri ilə paralel şəhər Şuralarına və parlamentə əlavə seçkilər keçirilir.
 
Seçkilərdə təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının 300 minədək əməkdaşı cəlb edilib. 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru