Ali Rəhbər ehtiyaclı məhbusların azadlığa çıxması üçün pul ayırdı

Ali Rəhbər ehtiyaclı məhbusların azadlığa çıxması üçün pul ayırdı

Ali Rəhbər Ayətullah Xamenei Mübarək Ramazan ayında "Qolrizan" bayramı ilə əlaqədar olaraq, ölkənin cəzaçəkmə müəssisələrində yatan ehtiyaclı məhbusların azad edilməsi üçün Diyə Komitəsinə 313 milyon tümən məbləğində maliyyə yardımı etdi.
 
Maide.Az xəbər verir ki, Diyə Məsələlərinə Yardım İctimai Komitəsinin təşəbbüsü ilə ölkədə hər il qeyd olunan "Qolrizan" bayramı ehtiyaclı məhbuslara yardım etmək məqsədi daşıyır.
 
Qeyd edək ki, İranda artıq 30 ildir ki, "Qolrizan" bayramı keçirilir. Bu bayram çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında səhvən hadisə törədərək və ya dələduzluq etmədən borcu ödəyə bilmədiyi üçün həbsxanaya düşmüş insanlara yardım edilir və onların cərimə və borcları ödənilir və sərbəst buraxılır. İndiyədək bu bayram çərçivəsində 100 min nəfərin sərbəst buraxıldığı bildirilir. (iribnews)

Google+ WhatsApp ok.ru