Ali Rəhbər xəstəxanada yatan Ayətullah Musəvi Ərdəbilini ziyarət etdi - FOTO

Ali Rəhbər xəstəxanada yatan Ayətullah Musəvi Ərdəbilini ziyarət etdi - FOTO

Ali Rəhbər Ayətullah Xamenei bu gün Tehran xəstəxanalarından birində yatan mərcəi təqlid Ayətullah Musəvi Ərdəbiliyə baş çəkdi.
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Musəvi Ərdəbilinin müalicəsi ilə bağlı son məlumatları aldı və Uca Yaradandan xəstəyə sağlamlıq və şəfa dilədi.
 
Qeyd edək ki, mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbili ötən gün səhər infarkt keçirib və Tehranın Lalə xəstəxanasına yerləşdirilib. 
 
Ayətullah Musəvi Ərdəbilinin babaları Naxçıvanın Ordubad rayonundan Ərdəbilə köçüb. Ərdəbili 1926-cı ildə Ərdəbildə kasıb bir ruhani ailəsində dünyaya gəlib. Kiçik yaşlarından anasını itirib. Ayətullah Ərdəbili ilk ibtidai və dini təməl dərslərini elə Ərdəbildə alıb. 1943-cü ildə müttəfiqlərin İrana daxil olduğu zamanda Quma təhsil almağa gedib. Müctəhid təhsilinin bir qismini də Nəcəfdə alıb.
 
Alimin 20-dən artıq fiqhi, əxlaqi və kəlam mövzularında əsərləri var.
 
İranda İslam İnqilabının baş tutmasında əksər ruhanilərin və müctəhidlərin rolu olduğu kimi Musəvi Ərdəbilinin də rolu olub.
 
İnqilabdan sonra İranda konstitusiyanın yazılmasında Ayətullahın əvəzsiz rolu olub.
 
İnqilabın ilk illərində müctəhid bir müddət ölkənin Ədliyyə sisteminə sədrlik etdi. İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili indiyə qədər də orada məskunlaşıb.  
O, Qum şəhərində Mufid universitetini və həmçinin Ərdəbildə "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsini təsis edib. 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru