Ali Rəhbərin elmdə fərqlənən gənclərlə görüşü - FOTO

Ali Rəhbərin elmdə fərqlənən gənclərlə görüşü - FOTO

Təkcə elmi tərəqqi ölkəni xoşbəxt edə bilməz. Elmi hərəkat mənəvi və inqilabi ideallar sayəsində bəhrə verir. Bu sözləriAli Rəhbər Ayətullah Seyid Əli Xamenei ötən gün Sənət-Şərif Universitetinin elmi müsabiqələrdə uğur qazanmış tələbələri ilə görüşdə deyib. 
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei deyib ki, çoxlu maddi inkişaflarına baxmayaraq, qərb sivilizasiyasının hazırkı boşluqları, çatışmazlıqları və süstlüyünün səbəbi mənəviyyat və ilahi amalların olmamasıdır.
 
Ayətullah Xamenei deyib ki, bəzi amerikalı mütəfəkkir və alimlər açıq-aşkar qərb cəmiyyətlərində, xüsusilə Amerikada müxtəlif əxlaqi yayınmalar, ailə quruluşunun məhv olması, gün-gündən artan zorakılıq, əxlaq pozuntuları və intiharlara etiraf edirlər.
 
Amerika ictimaiyyətində gün-gündən artan zorakılıqlar, silah vasitəsi ilə qətllərə toxunan Ali Rəhbər bildirib ki, mənəviyyatın kölgədə qaldığı Amerikada qətl, silahın yayılması ciddi problemə çevrilib. Silah satışı ləğv olunmalı ikən silah istehsalçısı olan mafioz qüvvələr buna imkan vermir. Bu ölkədə silahı qadağan etmək cəsarəti yoxdur.
 
Ayətullah Xamenei həmçinin elm istehsalının bütövləşməsi və onun praktiki nəticələrinin ərsəyə gəlməsini nəzərə alaraq ölkədə elmi hərəkat heç bir halda yavaşımamalıdır, əksinə daha çox sürətlə davam etməlidir. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru