Ali Rəhbərin iştirakı ilə Həzrət Hüseynin (ə) matəm mərasiminin ikinci gecəsi keçirildi - FOTO

Ali Rəhbərin iştirakı ilə Həzrət Hüseynin (ə) matəm mərasiminin ikinci gecəsi keçirildi - FOTO

Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə bu gecə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər sərvəri Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı silahdaşlarına matəm məclisi təşkil edildi.
 
Maide.Az xəbər verir ki, xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın və dövlət rəsmilərinin iştirak etdiyi bu məclisdə xətiblər Kərbəlanın tarix yaradan qiyamının mühüm komponentlərindən danışıblar, fədakarlığın ən mühüm komponent olduğunu vurğulayıblar. Həzrət Seyyidüş-şühədanın (ə) dinin izzətinin qorunması üçün bütün varlığından keçdiyini xatırladıblar.   
 
Mərasimdə məddahlar İmam Hüseyn (ə) müsibətini xatırladaraq mərsiyələr oxuyublar.
 
Həzrət Seyyidüşşühədanın (ə) əzadarlıq mərasimi oktyabr ayının 13-ə qədər (Məhərrəmin 11-dək) davam edəcək.
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru