Ali-Səud rejimi Qətifdə hökümətə qarşı keçirilən aksiyalarda həbs olunan 4 nəfəri edam edib

Ali-Səud rejimi Qətifdə hökümətə qarşı keçirilən aksiyalarda həbs olunan 4 nəfəri edam edib

Ali-Səud rejimi Qətifdə hökumətə qarşı keçirilən aksiyalarda həbs olunan 4 nəfəri edab edib. 
 
Maide.İnfo xarici KİV-lərə istinadən xəbər verir ki, onlar 2011-ci ildən sonra müxtəlif zamanlarda hökümətə qarşı keçirilən aksiyalar zamanı həbs olunub və terrorçuluqda ittiham edilib. 
 
Səudiyyə Ərəbistan Daxili İşlər Nazirliyi yayımladığı bəyanatda 4 nəfərin terror hərəkətləri törətdiyi üçün edam edildiyini açıqlayıb. Edam olunan şəxslər Zahir Əbdürrəhim əl-Bəsri, Yusif Əli, Mehdi Məhəmməd Saeğ və Əmcəd Nacidir. 
 
Səudiyyə Ərəbistanında hazırda daha  50 nəfər edam edilməsi təhlükəsi ilə üz-üzədir. Həmin şəxslərin “cinayəti” dinc aksiyalarda etiraz etmək və öz hüquqlarını tələb etməkdir. 
 
İnsan haqları təşkilatları həbs olunan etirazçıların çox ağır işgəncələr edildiyini bildirib və Ali-Səud rejimini tənqid etdiklərinə görə şiə məhbusların edamını pisləyib.
 
Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı ölkənin şərq bölgəsi, xüsusilə Qətifdə 2011-ci ilin fevral ayından etibarən dinc mitinqlər təşkil olunur. Nümayişçilər Ali Səud rejimindən islahatlar etməsini, söz azadlığı, siyasi məhbusların sərbəst buraxılması və neftlə zəngin olan bölgəyə qarşı iqtisadi ve dini ayrı-seçkiliyin sona çatdırılmasını tələb edirlər.
 
Səudiyə rejimi dinc etiraz aksiyalarını şiddət tətbiq etməklə qarşısını almağa çalışır. Rejim ölkənin nüfuzlu Əhli-Beyt (ə) alimi şəhid Ayətullah Nimr Baqir Ən-Nimrin yaşadığı Qətifin Avamiyə rayonundakı Əl-Məsura qəsəbəsini 2 aydan artıq bir müddətdir ki, mühasirə altında saxlayır və bölgəni yer üzündən silməyə çalışır.
 
/
 

Google+ WhatsApp ok.ru