Ali Səud Banqladeşdə vəhhabiliyi yaymaq məqsədi ilə 560 məscid tikir

Ali Səud Banqladeşdə vəhhabiliyi yaymaq məqsədi ilə 560 məscid tikir

Banqladeş hökuməti Səudiyyə Ərəbistanın bu ölkədə 560 məscid tikməsinə dair layihəsini təsdiqləyib. 
 
Maide.İnfo xəbər verir ki, Banqladeş hökumətinin bu addımı ölkədə dini rəhbərləri narahat edib. Beləki, onlar düşünür ki, Səudiyyə Ərəbistan bu məscidlər vasitəsilə Banqladeşdə vəhhabiliyi yayacaq. Onlar bildirir ki, Ərəbistanın pulu ilə 560 məscidin tikilməsi vəhhabilik və ifratçılığın bu ölkədə geniş yayılmasına səbəb olacaq. 
 
Bildirilir ki, Səudiyyə Ərəbistan Banqladeşdə 560 məscidin tikintisi üçün 1 milyard dollar vəsait xərcləyəcək. 
 
Banqladeş Sufi firqəsinin rəhbəri Rza-ul-haqq Çandpuri bildirib ki, bu məscidlərin tikintisini heç cür yozmaq olmaz. “Biz məscidlərin tikintisinə qarşı deyilik, lakin Səudiyyə Ərəbistanın bu məscidlərin tikintisini maliyələşdirməsi ciddi məsələdir. Çünki Səudiyyə hökuməti puldan istifadə edərək bu məscidlər vasitəsilə vəhhabiliyi yaymağa çalışır”. (DownNews) /

Google+ WhatsApp ok.ru