Ali-Xəlifə rejim qüvvələri bu gündə Diraz bölgəsində cümə namazının qılınmasına icazə verməyib

Ali-Xəlifə rejim qüvvələri bu gündə Diraz bölgəsində cümə namazının qılınmasına icazə verməyib

Bəhreyndə Ali-Xəlifə rejim qüvvələri bu gündə Diraz bölgəsində cümə namazının qılınmasına icazə vermədi. 
 
Maide.Az  “bahrainmirror” saytına istinadən xəbər verir ki, artıq Bəhreyndə Ali-Xəlifə rejiminin təzyiqləri nəticəsində artıq 57 həftədir ki, ardıcıl olaraq Diraz bölgəsində cümə namazı qılınmır. 
 
Ali-Xəlifə rejim qüvələri cümə namazının qılınmasının qarşısını almaq üçün bölgədə hərbi və zirehli texnika ilə namaza gəlmək istəyənlərin qarşısını alır. Cümə namazının qadağan olunmasının ardınca Diraz bölgəsinin əhalisi İmam Sadiq (ə) adına məsciddə fərdi şəkildə namazlarını qıldıqdan sonra, məscidin ətrafında etiraz aksiyası keçirib və Ali-Xəlifə rejiminin cümə namazını qadağan etməsini pisləyib.
 
Ali-Xəlifə rejimi Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etdikdən sonra Bəhreyn xalqı öz rəhbərlərini müdafiə etmək məqsədi ilə onun evinin qarşısında oturaq aksiya keçirtməyə başladı.   
 
Ali-Xəlifə rejimi bəhreynlilərin oturaq aksiyasını dayandırmağa məcbur etmək məqsədilə Diraz bölgəsinin içməli suyunu, qaz və digər kommunal xidmətlərini kəsdi. Lakin etirazlar və aksiya davat etdirildi. Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri mayın 23-də Diraz rayonuna və Ayətullah İsa Qasimin evinə hücum edərək, 6 nəfəri şəhid etmiş və onlarla insanı həs etmişdir. Bəhreyn xalqı dinc aksiyalarını davam etdirir və öz rəhbərlərinin və siyasi məhbusların azadlığını tələb edir. Rejim qüvvələri isə dinc aksiyaları gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməklə dağıdır.
 

Google+ WhatsApp ok.ru