Ali-Xəlifə rejim qüvvələri Şeyx İsa Qasimin evinin ətrafında təhlükəsizlik tədbirlərini daha da gücləndirib - FOTO

Ali-Xəlifə rejim qüvvələri Şeyx İsa Qasimin evinin ətrafında təhlükəsizlik tədbirlərini daha da gücləndirib - FOTO

Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələri Bəhreyn şiələrinin rəhbəri Ayətullah İsa Qasimin evinin ətrafında təhlükəsizlik tədbrilərini gücləndirib. Belə ki onun evinin ətrafına beton maneələr yerləşdirilib.

Maide.İnfo xəbər verir ki, "Diraaz Gənclər Hərəkatı" öz tviter səhifəsində Diraaz bölgəsində Şeyx İsa Qasimin evinin ətrafında Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin yük maşınları və kranlar vasitəsilə qazıntılar apardığını və beton maneələrin quraşdırdığının şəklini paylaşıb.

Məlumata görə Ali-Xəlifə rejiminin Diraaz bölgəsində mühasirəni gücləndirmək məqsədi bilinmir. Amma Bəhreynin bəzi fəalları təhlükəsizlik tədbirləri və mühasirənin daha da gücləndirilməsi ilə bağlı öz narahatçılığını bildirib. Onlar Diraaz bölgəsində mühasirənin davam etdirilməsi və Şeyx İsa Qasimin öz evində məcburi saxlanılmasında Ali-Xəlifə rejiminin pisniyyətli olduğunu bildirib. /

تشدید محاصره منزل شیخ عیسی قاسم + عکس

تشدید محاصره منزل شیخ عیسی قاسم + عکس

تشدید محاصره منزل شیخ عیسی قاسم + عکس

Google+ WhatsApp ok.ru