Ali-Xəlifə rejimi insan hüquqlarını pozmağa davam edir

Ali-Xəlifə rejimi insan hüquqlarını pozmağa davam edir

20-dən çox insan hüquqları qurumu Bəhreyn rejimindən koronavirusa görə Bəhreyndəki siyasi məhbusların sərbəst buraxılmasını istəyib, Ali-Xəlifə rejimi isə bu tələbi rədd edib.

 
Maide.Az xəbər verir ki, İraqın "Əl-Bəyyinə" kanalında yayımlanan xəbərdə bildirilib ki, Yəmən Parlamenti Təhlükəsizlik və Müdafiə Xarici Şurasının üzvü Bədr Dusri bildirib ki, İnsan Hüquqları Komissiyası 25 martda Bəhreyn zindanlarında məhbus çoxluğu və pis şərtlərdən də narahatlıqlarını bildiriblər.
 
Komissiya bildirib ki, məhbusların çoxunun ciddi sağlamlıq problemləri var və koronavirusun yayılması ilə vəziyyət daha da pisləşəcək.
 
Digər tərəfdən, Bəhreyndəki İslam Hərəkatının lideri Şeyx İsa Qasim verdiyi açıqlamada Bəhreyn rejiminin siyasi fəalları azad etməli olduğunu söyləyib və bildirib ki, xəlifə rejimi zindandakı məhbuslar arasında koronavirusun yayılmasına görə məsuliyyət daşıyacaq.
 

Google+ WhatsApp ok.ru