Ali Lider: Həqiqi qüdrət iman,bəsirət və sarsılmaz iradə ilə yanaşı olan qüdrətdir

İslam İnqilabının Rəhbəri, Ali Lider Ayətullah Seyid Əli Xamenei bu gün İranın İmam Əli (ə) adına hərbi akademiyasının məzunlarının andiçmə mərasimində çıxışında bildirib ki,  silahlı qüvvələrin həqiqi mənada güclü olması üçün, müasir döyüş qabiliyyətləri və hərbi təchizatlar ilə yanaşı iman, bəsirət, sarsılmaz iradə və həqiqi məsuliyyət də  olmalıdır.
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Ali Lider Ayətullah Xamenei silahlı qüvvələrdə olan güc mövzusuna dərindən diqqət yetirilməsinin vacibliyini vurğulayıb və bildirib: "Təkcə müasir hərbi texnologiyalar, təchizatlar , yüksək döyüş qabiliyyətlləri və qüvvələrin sayının çox olması hər hansı bir ölkənin silahlı qüvvələrinin güclü olmasına gətirib çıxarmaz.  Həqiqi güc və qüdrət üçün stimul, mənəviyyat, əzmkarlıq və bütün rəftarlar və mövqelərdə məsuliyyəti həqiqi mənada dərk etmək düşüncəsinin hakim olması lazımdır."
Ali Lider Ayətullah Xamenei bildirib ki,  İran Silahlı Qüvvələrinin səkkiz illik müqəddəs müdafiə dövründə sarsılmaz iradəsi, elmi və yenilik qabiliyyətləri və mənəvi potensialları ortaya qoydu. " Dünya İran İslam Respublikasının silahlı qüvvələri üzərində hesab açıb və ona ciddi yanaşır. Çünki, yaxşı bilir ki, hər hansı məsuliyyət və döyüş ərsəsində İranın Silahlı Qüvvələri son sözü deyəcək".
İslam dini altında zülmkarlıqla məşğul olan qüvvələr haqqında da danışan Ali Lider Xamenei vurğulayıb ki, bu tip təşkilatlar etdikləri əməllərlə İslamafobiya yaradırlar.
Böyük mərcəi təqlid müctehidi sözlərinin sonunda deyib: "Həqiqi İslam hər zaman insanlar üçün hüzur, sülh və əmin-amanlıq gətirib. Amma düşmənlərimiz insanların dinin bu mesajlarını eşitməsinə mane olurlar”. /
 
 

Google+ WhatsApp ok.ru