Ali lider 1256 məhbusu əfv etdi

İslam İnqilabının rəhbəri Ayətullah Əli Xamneyi Qurban və Qədir - Xum bayramları münasibətilə həbsdə olan 1256 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə,əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramı münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 1256 məhbusun əfv edilməsi xahiş olunub. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Google+ WhatsApp ok.ru