Ali Lider Ayətullah Xamenei: Neftin qiymətinin aşağı düşməsi siyasi və qeyri-iqtisadi bir addımdır

`İran, Venesuela və Rusiya neftin qiymətinə nəzarət etmək üçün birlik yaradır`

 
İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Əli Xamenei İranda səfərdə olan  Venesuela prezidenti Nikolas Maduranı qəbul edib. 
Maide.az –ın İranın Ali Liderin rəsmi xəbər saytına istinadən məlumatına görə,  Ali Lider Ayətullah Xamenei Venesuelanın gördüyü işlər və mövqeyini xüsusi ilə sionist rejimə qarşı tutduğu mövqeyə görə minnətdarlığını bildirdi və dedi ki, hegemon ölkələrin Venesuela ilə düşmənçiliyinin səbəbi ona görədir ki, Venesuela Latın Amerikası regionunda öz stratejik, cəsarətli və effektli mövqeyinə görədir. “İran İslam Respublikası Venesuela ilə hər tərəfli əməkdaşlıq etməkdə və əlaqələri inkişaf etdirməkdə qərarlıdır.”
Ali Lider Ayətullah Xamenei Venesuelanın sabiq prezidenti Çavezi İranın yaxşı dostu adlandırıb. 
Ali Lider neftin qiymətinin aşağı düşməsini siyasi və qeyri-iqtisadi bir addım kimi dəyərləndirib və bildirib ki, İran və Venesuelanın müştərək düşmənləri neft amilindən siyasi silah kimi istifadə edirlər və neftin qiymətinin aşağı düşməsində onların rolu var. 
Ali Lider Ayətullah Xamenei İran və Venesuelanın neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə atacağı birgə addımları dəstəklədiyini vurğulayıb. “İki ölkənin əməkdaşlığı təkcə neft sahəsində deyil, bütün sahələrdə inkişaf etdirilməldiri. İki ölkənin ticarət mübadiləsi və qarşılıqlı sərmayə qoyuluşlarının həcmi qənaətbəxş deyil və artırılmaldır”
Ali Lider Ayətullah Xamenei bildirib ki, region xalqları sionist rejiminə nifrət edir və siz bu rejimə qarşı cəsarətli mövqeyinizə görə həmin xalqlar arasında çoxlu dostlar tapmısınız.
Görüşdə Venesuela prezidenti Nikolas Maduranı öz növbəsində İslam Respublikasının yardımı və dəstəyinə görə Ali Lider Ayətullah Xameneiayə təşəkkürünü bildirdi. “Cənab Cavez həmişə öz çıxışlarında sizin təlimatlarınızı xatırladırdı. İran xalqına xüsusi hörməti var idi və biz də onun kimi İranı öz evimiz bilirik”. 
N.Madura deyib ki, neft ixrac edən ölkələrin xüsusi ilə İran, Venesuela və Rusiyanın yardımı ilə neftin qiymətinə nəzarət etmək üçün birlik yaratmağa çalışırıq. “Yeni mekanizmalardan istifadə etməklə neftin qiymətini qənaətbəxş bir həddə çatdırmağı düşünürük”. 
N.Madura deyib ki, Fələstin bəşəriyyətin əsas dəyərlərindən biridir və Venesuela xalqı və dövləti özünü Fələstin dəyərlərinə borclu bilir. Əminik ki, bir gün Fələstin azad olunacaq. “Fələstin ABŞ-ın dağıdıcı və hegemon siyasətlərinin qurbanıdır. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru