Ali Lider Ayətullah Xameneidən Təbriz və ətraf şəhər sakinlərinə hədiyyə

İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Əli Xamenei Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində 6 min mənzilin pulsuz əhalinin mülkiyyətinə verilməsinə göstəriş verib. 
Maide.az-ın İRNA agentliyinə istinadən məlumatına görə, İmam Xumeyni (rə) Fərmanının İcrası Komitəsinin sədri Məhəmməd Müxbir 6 min mənzilin malikiyyət sənədlərinin  verilməsi üçün Ayətullah Xameneiyə müraciət etmişdi və həmin mənzilərin sənədlərinin əhaliyə verilməsini xahiş etmişdi. 
Məlumata əsasən, ötən gün “Vilayət Kəraməti” adlı mərasim keçirilib və mərasimdə simvolik olaraq 5 ailəyə artıq mənzillərin sənədləri təqdim olunub. Digər mənzillərin sənədləri isə 6 ay müddətinə hissə-hissə təqdim olunacaq. 
İmam Xumeyni (rə) Fərmanının İcrası Komitəsi  Ali Liderin göstərişi ilə həmçinin Şərqi Azərbacyan əyalətinin Təbriz, Bostanabad, Marağa, Sufyan, Vərzəqan, Həris, Əhər və digər şəhərlərində məktəb,məscid tikintisinə və eləcədə işsizliyin aradan qaldırılması və yeni iş yerlərinin açılması  üçün sərmayələr yatırır. /
 
 

Google+ WhatsApp ok.ru