Ali Lider Ayətullah Xameneinin iştirakı ilə Fatimiyyə günləri əzadarlıq mərasimi keçirilib

Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin matəm mərasimi hər il olduğu kimi bu ildə Ali Lider Ayətullah Seyyid Əli Xameneinin  iştirakı ilə 5 gün müddətinə keçirilir.
Maide.az xəbər verir ki,  bu mərasim cəmadiüssani ayının 2-dən 6-a qədər (23-27 mart) məğrib və işa namazlarından sonra Tehranın İmam Xomeyni (rə) hüseyniyyəsində keçiriləcək. 
Qeyd edək ki, sabah 24 mart 2015-ci il, 3 cəmadüssani 1436-cı hicri qəməri ili, əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) qızı və dünya şiələrinin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür. Bir çox müsəlman ölkələrində eləcədə Azərbaycanda  fəzilət, ismət və iffət örnəyi olan Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü gecəsində matəm saxlanılır.  Əhli-Beyt (ə) aşiqləri məscidlər, hüseyniyyələr və dini məkanlarda Peyğəmbərin əziz qızı Həzrət Fatiməyə (s.ə) göz yaşı axıdırlar.
Həzrət Fatimə Zəhra (s.ə) besətin 5-ci ili cəmadiüssani ayının 20-də Məkkə şəhərində dünyaya göz açmışdır. Həzrət Fatimə (s.ə) uşaqlıqldan atası İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vasitəsi ilə  ilahi maariflə tanış olmub. Həzrət Fatimə Zəhra (s.ə) 18 il yaşadıqdan sonra o dövrün hakimlərinn çoxlu zülmləri və atasının vəfatının qəm-kədəri nəticəsində hicri qəmərinin 11-ci ilində - bir rəvayətə görə 13 cəmadiüləvvəl, digər bir rəvayətə əsasən 3 cəmadüssanidə şəhid edildi. 
Maide.az kollektivi həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günü münasibəti ilə Əhli-Beyt aşiqlərinə və dünyanın azadlıqsevərlərinə başsağlığı verir./
 
 
 

 

Google+ WhatsApp ok.ru