Ali lider Ayətullah Xəzəlinin vəfatı münasibəti ilə başsağlığı verib

Ali Lider Ayətullah Seyyid Əli Xamenei İranın Xobreqan Ekspertlər Məclisinin üzvü ayətullah Əbülqasim Xəzəlinin vəfatı münasibəti ilə baş sağlığı verib. 
 
Maide.az xəbər verir ki, Ali Lider ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: 
“Allahın adı ilə,  təqvalı və biliklərinə əməl edən alim mərhum Ayətullah hacı şeyx Əbülqasim Xəzəlinin vəfatı münasibəti ilə hörmətli Xəzəli ailəsinə, o mərhumun bütün qohum-əqrəbasına və onu sevənlərə baş sağlığı verirəm.  Bu fəzilətli ruhaninin bərəkətli ömrü parlaq hadisələrlə doludur. Uzun illər İmam Xumeyni cənablarından, Qum və Məşhəd şəhərinin böyük alimlərindən  dərs alıb. İnqilab hərakatı başlandığı ilk gündən  tağut rejiminə qarşı qorxmazca və aşkarcasına çıxış edib və o böyük şəxsiyyəti müdafiə edib. İslam İnqilabı qələb çaldıqdan sonra bir çox çətin rəhbər vəzifələrdə çalışıb o cümlədən Xobreqan Ekspertlər Məclisinin və Konstitusiyaya Nəzarət Şurasının üzvi olub. İran xalqının inqilab hərakatları zamanı övladı Qum şəhərində şəhid ollub.  O Quran hafizi və sinəsi çoxlu hədis və rəvayətlərlə dolu alim idi, İslam maarifinin bəyan və təbliğində çox uzun müddət çalışıb. O bütün hallarda və ömrünün bütün səhnələrində son nəfəsinə kimi İnqilab yolunda sabitqədəm olub.... 
Bu saydıqlarım mömin və çalışqan alimin həyatının önəmli parçaları idi və inşaəllah  ilahi məhkəmədə  qeyd və təltif ediləcək. 
Allahdan o böyük şəxsiyyət üçün rəhmət və məğfirət diləyirəm" /
 
 
 

Google+ WhatsApp ok.ru