Ali Lider Ayətullah Xameneinin baş müşaviri Moskvadadır

İran və Rusiya stratejik əməkdaşlıqlarını artırır

Ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri, Məsləhət Şurasının Stratejik Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti Moskvaya rəsmi səfər edib. 
 
Maide.az xəbər verir ki, 4 günlük səfər zamanı Ə.Ə.Vilayətinin başçılıq etdiyini nümayəndə heyəti Rusiya rəsmiləri ilə görüşəcək və iki tərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. 
 
Bundan başqa Ə.Ə.Vilayətinin iştirakı ilə İran və Rusiyanın Stratejik Araşdırmalar mərkəzləri "Yeni geosiyasi şəraitdə Tehran və Moskva arasında əməkdaşlıq " mövzusunda birgə dəyirmi masa keçirəcək. /
 

Google+ WhatsApp ok.ru