Ali Lider başsağlığı verdi

Ali Lider Ayətullah Seyyid Əli Xamenei Məkkədə baş vermiş hadisədə həlak olan zəvvarlarla bağlı başsağlığı verib. 
Maide.az xəbər verir ki,  Ali Lider Ayətullah Xameneinin ofisinin rəhbəri höccətül-islam Məhəmmədi Qulpayqani  Ayətullah Xamenei tərəfindən İranlı zəvvarların Sudiyyə Ərəbistandakı rəhbəri və Ali liderin nümayəndəsi höccətül-islam Qazi Əsgərə zəng edərək hadisə zamanı ölən və xəsarət alanlar haqqında maraqlanı. 
Telefon danışığında  höccətül-islam Qazi Əsgəri  hadisə zamanı ölən və yaralanan zəvvarların sayı və yaralanmış zəvvarların son vəziyyəti ilə bağlı Ayətullah Xameneinin ofisinin rəhbəri Qulpayqaniyə məlumat verib. 
Sonda Ali Liderin nümayəndəsi höccətül-islam Qulpayqani Ayətullah Xamenei tərəfindən Məkkədə baş verən hadisədə ölən İranlı zəvvarların ailələrinə başsağlığı verib və Allahdan onlar üçün bağışlanmağı diləyib. 
Qeyd edək  ki,  "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb. Ölənlərdən 5 zəvvar və yaralananlardan isə 32 zəvvar İranlıdır. Iranlı zəvvarların 7-si isə itgin düşüb. / 
 
 

Google+ WhatsApp ok.ru