Ali lider Boliviya prezidenti ilə görüşdə maraqlı açıqlama verib

`ABŞ-ın xalqların kimliyini dəyişmək üçün apardığı siyasətə qarşı çıxmaq naminə iradələri gücləndirmək lazımdır`

Ayətullah Xamenei dünən Boliviya prezidenti Evo Moralesi qəbul edərkən, impreializm cəbhəsinə qarşı Boloviyanın və bir sıra Latın Amerikası ölkələrinin qəhrəmancasına müqavimətini alqışlayaraq, ABŞ-ın dünyada və Cənubi Amerika bölgəsində təhlükəli siyasətini gənclərin kimliyinin dəyişdirilməsi adlandırıb və bildirib: İradələri gücləndirmək və əlaqələri, əməkdaşlığı genişləndirməklə, bu təcavüzkar siyasətə qarşı çıxmaq lazımdır.
Maide.az xəbər verir ki, Ali lider Ayətullah Xamenei imperialist Amerikanın tamahkarlığına qarşı müqavimət göstərməyi Boliviyanın neft sənayesinin milliləşdirilməsindən daha əhəmiyyətli hesab edərək bildirib: İran dünyada ilk dövlət olub ki, İmam Xomeyni tərəfindən müstəqil və xalq hərəkatı ilə ABŞ-ın hökmranlığı altından tamamilə xilas olub və Şərqlə Qərbin qarşıdurması və onların müxtəlif hərbi, təhlükəsizlik və iqtisadi təzyiqlərinə baxmayaraq, müqavimət göstərib.
Ayətullah Xamenei qeyd edib: Buna müvafiq olaraq, İran İslam Respublikası dünyanın hər bir yerində zorakılığa və hökmranlığa qarşı çıxan hər bir kəsi dəstəkləyir.
Ali lider Boliviyanın çoxsaylı imkanlarını və böyük potensialına toxunaraq vurğulayıb: Bu potensiallar, habelə iki ölkə arasında olan əlaqələr və əməkdaşlığın müxtəlif sahələri xalqların mənafeyi istiqamətində və imperialistlərin qarşısında müqavimət üçün faydalı ola bilər.
Ayətullah Xamenei siyasi və iqtisadi suverenliyin təmin olunması üçün Boliviya iqtisadiyyatının inkişaf etdirilməsini vacib və dəyərli sayaraq, deyib: Avadanlıq sahəsindəki inkişafdan əlavə, proqram təminatı sahəsindəki tərəqqini də nəzərdə saxlamaq lazımdır.
Ayətullah Xamenei ABŞ-ın müasir kommunikasiya imkanlarından istifadə etməklə dünyada və Cənubi Amerika bölgəsində apardığı siyasəti yerli əhalinin və gənclərin kimliyinin dəyişdirilməsi kimi qiymətləndirərək, vurğulayıb: Əgər amerikalılar bu siyasətində uğur qazansalar və gənclərin təfəkkürünü “Amerika təfəkkürü”-nə çevirə bilsələr, o zaman hərbi çevriliş və sərt addımlar olmadan ölkələrə hakim olacaqlar.

Google+ WhatsApp ok.ru