Ali Liderin müşaviri Putinlə görüşüb

Ali Lider Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri  Əli Əkbər Vilayəti ötən gün axşam  Moskvada Rusiya Prezidenti Viladimir Putinlə görüşüb.
Maide.Az-ın məlumatına görə, Ə.Vilayəti ilk öncə V. Putinlə bir saat yarım İran və Rusiya arasında siyasi və iqtisadi əlaqələrin inkişafına dair müzakirə aparıb. Daha sonra isə Ə.Vilayəti və V.Putin bağlı qapılar arxasında xüsusi danışıqlar aparıblar.
Görüşdən sonra Ə.Vilayəti verdiyi açıqlamada deyib ki, görüşdə İranın nüvə müzakirələrinə dair də danışıqlar aparıldı.
İRNA agentliyi yazır ki, Ə.Vilayəti həmçinin İran prezidenti Həsən Ruhaninin xüsusi mesajını Rusiya prezidentinə çatdırıb. /

 

Google+ WhatsApp ok.ru