Ali Lider müharibə əlilləri ilə görüşüb -FOTOLAR 20 Sentyabr 2015 01:00 İslam lideri Müharibə əlilləri Müqəddəs Müdafiə dövründə (İran-İraq arasında 8 illik müharibə) İranın böyük xalqının sınaq dövrünün tablolarıdır və onların ictimaiyyətdəki iştirakı əslində tarixi, maarif, siyasət və beynəlxalq həqiqətləri bəyan edir. Bu sözləri Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün səhər "Müqəddəs Müdafiə Həftəsi" ərəfəsində müharibə əlilər və onların ailələri ilə görüşündə bildirib. Maide.az xəbər verir ki, müharibə əlillərinin fiziki problemləri və əzab-əziyyətlərinə toxunan Ayətullah Xamenei bu ağır imtahana görə onların əcrinin yüksək olduğunu bildirib. Ali Lider bildirib ki, müharibə əlilləri bir tərəfdən diktator Səddam rejimini dəstəkləyən qüdrətlərin cinayətlərini əks etdirir, digər tərəfdən isə belə yüksək məqama layiq insanları yetişdirən və cəbhələrə göndərən İmam Xomeyni (rə) və İnqilabın əzəmətini nümayiş etdirirlər. Ayətullah Xamenei müharibə əlillərinin həyat yoldaşlarının səbri və onlara qulluq göstərməkdəki əzab-əziyyətlərini əsil şücaət, qəhrəmanlıq və cihad adlandırıb və müharibə əlillərinin həyat yoldaşları, övladları və yaxınlarına bu böyük mənəvi sərvəti qorumağı tövsiyə edib. Qeyd edək ki, Ayətullah Xamenei müharibə zamanı bədinin müxtəlif hissəsindən 70 faizdən çox zədə almış əlillər və qazilərlə tək-tək görüşüb , onların problemləri ilə maraqlanıb. Görüş 2 saat yarım çəkib. / Teqlər : #Ali Lider müharibə əlilləri ilə görüşüb FOTOLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali lider Ayətullah Xəzəlinin vəfatı münasibəti ilə başsağlığı verib `İslam Ümmətinin böyük problemləri dünyanın zalım qüvvələrinin fitnələridir`
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB