Ali Lider müsəlmanların bir-birinə dəstək olmasının zəruriliyini vurğulayıb

İslam İnqilabının Rəhbəri, Ali Lider Ayətullahül Seyyid Əli Xamenei bu gün cari ildə Həcc mərasimi təşkilatçılarını qəbul edib. 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Ayətullah Xamenei görüş zamanı çıxış edib və çıxışında bildirib ki, İslami birlik anlayışı bütün müsəlmanların öz düşüncələri və inanclarından imtina etmələri anlamına gəlmir. 
Ayətullah Xamenei görüş zamanı qeyd edib ki, İslam düşmənlərinin yaydığı təbliğat və yaratdıqları şübhələrlə mübarizə aparılmalıdır. “İran və digər müsəlman ölkələri arasında divarlar hörmək İslam Vəhdəti düşmənlərinin əsas planlarından biridir. Həcc mərasiminə düşmənlərin təbliğatları nəticəsində əmələ gələn yanlış fikirlər və ilkin mühakimələr divarını məhv etmək üçün misilsiz bir fürsət kimi baxmalıyıq. "
Ali Lider həmçinin qeyd edib ki, İslam Vəhdəti günümüzün ən mühüm mövzularından biridir. Müsəlmanlar arasında birlik və qardaşlıq dinimizin əsas təlimlərindəndir və İran İslam Respublikası da bu mövzuda çox ciddidir. " İslam Respublikasının hər zaman dəstəklədiyi İslam Vəhdəti mövzusu müxtəlif görüşlər və düşüncələrin öz etiqadlarından imtina etmələri mənasına gəlmir. İslam Vəhdəti müsəlman toplumunun bir-birinə düşmən olmaması və dünyanın əsas məsələlərində bir-birilərinə dəstək olmaları mənasını daşıyır. İslam ümməti bir-birləri ilə düşmənlik etməsinlər və qlobal məsələlərlə bağlı bir-birlərinin mövqeyini dəstəkləsinlər" /
 
 

Google+ WhatsApp ok.ru