Ali lider nüvə sazişinin icrası üçün şərtlər irəli sürüb -YENİLƏNİB

Ali lideri Ayətullah Seyid Əli Xamnei nüvə sazişi ilə bağlı İran prezidenti Həsən Ruhaniyə məktub göndərib. 
Maide.az xəbər verir ki, Ali Lider məktubla nüvə sazişini müəyyən şərtlər gözlənilməklə icra oluna biləcəyini qeyd edib.

Ayətullah Xamenei məktubda Birgə Fəaliyyət Planının ölkə parlamenti və Ali Təhlükəsizlik Şurası tərəfindən dəqiq, məsuliyyətlə yoxlanıldığını və bu sazişin müvafiq qanuni prosedurları keçməsini qeyd edərək, ölkənin milli mənafeyinin qorunması haqqında mühüm tapşırıqlar verib.

Ayətullah Xamenei  Birgə Fəaliyyət Planının icrası ilə bağlı qeyd edilən mühüm tələbi və məqamları sadalamaqla, Ali Təhlükəsizlik Şurasının 634 saylı, 10.08.2015- ci il tarixli qərarını sözügedən tələblərə riayət etməklə, təsdiq edib.

Ayətullah Xameneinin nüvə sazişi ilə bağlı müəyyən şərtləri bunlardır:

Qarşı tərəfdən  möhkəm və güclü zəmanətlər alınmalıdır

Nəzərə alaraq ki, danışıqların aparılması İran tərəfdən əsasən qeyri-ədalətli iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsi məqsədilə qəbul edilib və oun Birgə Fəaliyyət Planı çərçivəsində icrası İranın atacağı addımlardan sonraya saxlanılıb, qarşı tərəfin razılaşmanı pozmasının qarşısını almaq üçün möhkəm və güclü zəmanətlər alınmalıdır.

Obama və Avropa Birliyi sanksiyaların bütövlükdə ləğvi ilə bağlı yazılı zəmanət verməlidir

ABŞ prezidentinin və Avropa Birliyinin sanksiyaları ləğv etməklə bağlı yazılı zəmanət vermələridir. ABŞ prezidentinin və Avropa Birliyinin zəmanətində qeyd edilməlidir ki, bu sanksiyalar bütövlükdə aradan qaldırılır. Sanksiyaların strukturunun saxlanılması ilə bağlı istənilən açıqlama Birgə Fəaliyyət Planının pozulması deməkdir.

İstənilən bəhanə ilə hər-hansı bir sanksiyanın tətbiqi qadağandır! Istənilən sanksiya- Birgə Fəaliyyət Planının pozulması deməkdir

8 illik müddət ərzində müzakirə tərəfləri olan ölkələrdənn hər hansı biri tərəfindən istənilən sanksiyanın hər hansı səviyyədə və hər hansı bəhanə ilə (o cümlədən, terrorizm və insan hüquqları kimi təkrar və uydurma bəhanələr) tətbiq edilməsi Birgə Fəaliyyət Planının pozulması mənası daşıyır və dövlət parlamentin qərarının 3-cü bəndinə əsasən müvafiq addımları atmağa və Birgə Fəaliyyət Planı ilə bağlı addımları dayandırmağa borcludur.  

Növbəti bənddə qeyd edilən tədbirlərin görülməsinə yalnız o zaman başlanıla bilər ki Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə probleminin (pmd) tamamilə həll olunduğuunu rəsmən bildirsin.

Ərak zavodunun yenilənməsi və uranın xaricə göndərilməsi konkret müqavilə ilə tənzimlənməlidir

Ərak zavodunun yenilənməsi onun ağır mahiyyətinin qorunması şərtilə yalnız o zaman başlaya bilər ki, onun icrası üçün alternativ plan və lazımi zəmanətlərin verilməsilə bağlı konkret müqavilə bağlanılsın.

Xarici dövlətlə “sarı keks” qarşılığında zənginləşdirilmiş uranın verilməsi o zaman başa tuta bilər ki konkret müqavilə bağlanılmaqla müvafiq zəmanət alınsın. Qeyd edilən mübadilə əməliyyatı tədriclə və mərhələli şəkildə həyata keçirilməlidir.

Ali Lider Ayətullah Xamenei ölkə prezidentinə məktubun sonunda qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsi və işlərin irəliləyişinin izlənilməsi üçün güclü və sayıq bir heyətin təşkilinin zəruriliyini vurğulayıblar.

Ayətullah Xamenei həmçinin bildiriblər ki, hərçənd sanksiyaların aradan götürülməsi zülmün aradan qaldırılması və İran xalqının hüquqlarının bərpası baxımından lazım olan işdir, lakin hazırkı problemlərin aradan götürülməsi, məişətin yaxşılaşdırılması və iqtisadi açılış, müqavimət iqtisadiyyatının bütün cəhətlərinin izlənilməsi və ciddi sayılmasından başqa heç bir yolla müyəssər olmayacaqdır. /

 

 

 

Google+ WhatsApp ok.ru