Ali məktəblərə tələbə qəbulunun nəticələri axşam saatlarında elan olunacaq 12 Avqust 2015 01:00 Elm, Təhsil Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsi nəticələrinin axşam saatlarında elan olunması nəzərdə tutulur. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-da başa çatıb Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 36 625 abituriyent, V ixtisas qrupu üzrə isə 8898 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən müsabiqədə iştirak edə bilməyəcəklər. Teqlər : #Ali məktəblərə tələbə qəbulunun nəticələri axşam saatlarında elan olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda ali məktəblərə ixtisas seçimi bu gün başa çatır TQDK: Dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb